"Beşiktaş" "Borussiya" ilə oyuna onlarsız çıxacaq

16:33 - 6 Dekabr 2021

"Beşiktaş" Dortmund "Borussiya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Miralem Pyaniç sıradan çıxıb. 31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb.

 

Daha əvvəl Kevin N'Kudunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Qapıçı Mert Günok, yarımmüdafiəçi Gökhan Törə və hücumçu Aleks Teyşeyra da zədəlidi.

 

Dekabrın 7-də oynanılacaq "Borussia" "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat gecə yarısı başlayacaq.

Xəbər xətti