Sərgən Yalçının yerinə alman gəlir

16:36 - 9 Dekabr 2021

Sərgən Yalçınla yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi almaniyalı mütəxəssis Daniel Farke ilə razılıq əldə edib. Xarici mətbuatın yazdığına görə, rəsmi açıqlama 48 saat ərzində ediləcək.

 

Qeyd edək ki, Daniel Farkenin son iş yeri "İngiltərənin "Norviç Siti" klubu olub. 45 yaşlı məşqçi daha əvvəl Dortmund "Borussiya"sının 2-ci komandasını çalışdırıb.

Xəbər xətti