"Qalatasaray"da Muslera şoku

16:13 - 14 Dekabr 2021

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera sıradan çıxıb.

 

Super Liqanın 16-cı turunun "Sivasspor" matçında (0:1) komanda yoldaşı Kristian Luyindama ilə qoqquşan uruqvaylı "əlcək sahibi"nin durumu ciddidi. Diz bağlarında yırtıq və dartılma olan 35 yaşlı qolkiperin müalicəsinə başlanılıb. Onun 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

 

Eyni epizodda zədələnən müdafiəçi Kristian Luyindamanın da sol dizində yüngül xəsarət aşkarlanıb.

Xəbər xətti