"Neftçi" Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşır.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu görüşdə aparıcı legionerlərindən olan Sabir Buqrinin xidmətindən məhrum olub. Matçın 33-cü dəqiqəsində zədələnən 25 yaşlı yarımmüdafiəçi meydanı tərk etməli olub. Onun əvəzinə oyuna Sezar Meza Kolli daxil olub.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçında hazırda fasilədir. Qarşılaşmada tərəflər hərəyə 1 qol vurub.
saytlarin hazirlanmasi