Volkan Dəmirəl İstanbul klubunun baş məşqçisi oldu

13:59 - 17 Dekabr 2021

Türkiyənin "Fatih Karagümrük" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Volkan Dəmirəl çalışdıracaq. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

 

Bu, Volkan Dəmirəlin ilk baş məşqçiliyi olacaq. Türkiyə millisinin keçmiş qapıçısı futbolçu karyerasını bitirdikdən sonra 2019-cu ildən 2021-ci ilin yayına kimi "Fənərbaxça"da köməkçi məşqçi kimi işləyib.

 

Qeyd edək ki, Volkan Dəmirəl "Fatih Karagümrük"ün baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Françesko Fariolini əvəz edib.

Xəbər xətti