Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mbaye Dian sıradan çıxıb. Seneqallı forvard Super Liqanın 17-ci turunun "Başakşəhər"lə matçında (1:1) zədələnib.
30 yaşlı futbolçunun sol ayaq sümüyündə sınıq aşkarlanıb. Müalicəsinə başlanılan Dian 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mbaye Dian cari mövsümdə "Qalatasaray" forması ilə meydana çıxdığı 23 matçda 4 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi