Türkiyəli hücumçu öz cərimə meydançasından rəqib qapısına qol vurdu - VİDEO

17:56 - 20 Dekabr 2021

Türkiyə 2-ci Liqasının 9-cu turu çərçivəsində baş tutan "Vanspor" - "İnegölspor" matçında gözəl qol qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Hamza Küçükköylü uzun müddət unudulmayacaq qola imza atıb. 25 yaşlı hücumçu küncdən zərbə zamanı topu öz cərimə meydançasından rəqib qapısına göndərib. Qapıçı öndə olduğu üçün qolun qarşısını ala bilməyib.

 

Hamza Küçükköylü vurduğu qolla bağlı danışarkən tarixə düşdüyünü deyib: "Hər halda tarixə düşdük. Topu vurmadan əvvəl qapıçı və müdafiəçinin öndə olduğunu görüb var gücümlə zərbə vurdum. Matçdan əvvəl qol vuracağımı bilirdim. Amma əlbəttə ki, beləsini xəyal etmirdim. Atam da tribunada idi".

 

Qeyd edək ki, "Vanspor" - "İnegölspor" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xəbər xətti