"Beşiktaş" Qətərdə oynayacaq

20:30 - 20 Dekabr 2021

Türkiyə Super Kuboku uğrunda oyun Qətərdə keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Super Liqanın son çempionu "Beşiktaş"la ölkə kubokunun finalçısı "Antalyaspor" arasındakı matç  Qətərin paytaxtı Dohadakı "Əhməd Bin Əli" stadionunda baş tutacaq.

 

2022-ci il yanvarın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər xətti