"Fənərbaxça" baş məşqçisini istefaya göndərdi

22:12 - 20 Dekabr 2021

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" Vitor Pereyra ilə yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Vitor Pereyra mövsümün əvvəlində "sarı-lacivərlilər"in baş məşqçisi təyin olunmuşdu.

 

17 turdan sonra 28 xal toplayan "Fənərbaxça" Super Liqada 5-ci pillədədir. 

Xəbər xətti