"Neftçi"nin futbolçusu Mamadu Kane növbəti Qvineya millisinə çağırılıb.
Fanat.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Ruanda ilə yoldaşlıq, Malavi, Seneqal və Zimbabve ilə isə Afrika Millətlər Kubokunun B qrupunun oyunları üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, müqavilə ilə Yunanıstanın "Olimpiakos" klubuna məxsus olan Kane "Neftçi"də icarə əsasında çıxış edir.
saytlarin hazirlanmasi