“Neftçi” “Türk Hava Yolları Məşq Mərkəzi”ndə yeni akademiya binasının tikintisinə başlayır.
Sportal.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Elnur Eyvazov məlumat verib. O, artıq dövlət qurumlarından icazə alındığını söyləyib:
"Böyük planlarımız var və hamısını gerçəkələşdirəcəyik. Baza, infrasturktur işləri hazırda davam edir. Bu gün xoş xəbər gəldi. "Türk Hava Yolları Məşq Mərkəzi"ində yeni binanın tikintisi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikintiyə icazə verilib. Yaxın zamanlarda həmin binanın tikintisi başlanacaq. Bina iki mərtəbəli və iki blokdan ibarət olacaq. Bir blok akademiyanın inzibati binası sayılacaq. Digər blok istedalı uşaqların yaşaması üçün tam şəraitli mərkəz olacaq. 30-40 nəfər istedadlı gəncləri orada yerləşdirə biləcəyik".
saytlarin hazirlanmasi