"Fənərbaxça" hücumçusunu itirdi

22:43 - 22 Dekabr 2021

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mergim Berişa zədələnib. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Əzələsində zədə aşkarlanan almaniyalı forvardın müalicəsinə başlanılıb.

 

Qeyd edək ki, Bergim Berişa "Fənərbaxça"ya bu ilin yayında "Zaltsburq"dan transfer olunub. 23 yaşlı qolçu bu mövsüm "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 20 oyunda 6 qol və 3 asistlə yadda qalıb. 

Xəbər xətti