Türkiyənin "Antalyaspor" klubu "Neftçi"nin yarımmüdafiəçisi Sabiq Buqrini transfer etmək istəyib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi mərakeşli futbolçu üçün rəsmi təklif göndərib. Lakin 25 yaşlı yarımmüdafiəçi Türkiyə klubunun təklifini rədd edib və "ağ-qaralar"da qalmaq qərarı verib.
Qeyd edək ki, Sabiq Buqrin cari mövsümdə "Neftçi" forması ilə meydana çıxdığı 20 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi