Türkiyə çempionatı: Klub prezidenti meydana girdi, polis işə qarışdı

21:54 - 23 Dekabr 2021

Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində baş tutan "Yeni Malatyaspor" - "Kayserispor" matçından sonra  insident baş verib.

 

Sportal.az xəbər verir ki, hakim idarəçiliyindən narazı olan meydan sahiblərinin prezidenti Adil Gevrek meydana daxil olub. Klub rəhbəri qarşılaşmanın baş hakimi Hüseyin Göçek və onun köməkçilərinə hücum edib.

 

Polis dərhal olaya müdaxilə edib. Görüşün hakimləri meydanı polislərin nəzarəti altında tərk edib.

 

Oyundan sonra "Yeni Malatyaspor"un futbolçusu Sadık Çiftpınar da hakim idarəçiliyindən narazılığını bildirib. 28 yaşlı mərkəz müdafiəçisi verdiyi açıqlamada hakimlərə haqqını halal etmədiyini deyib:

 

"Haqqımı halal etmirəm. Komanda yoldaşlarımın axıtdığı hər damla tər haram xoşları olsun".

 

Qeyd edək ki, "Yeni Malatyaspor" - "Kayserispor" matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Resim

 

Resim

Xəbər xətti