"Beşiktaş" "Qarabağ"a qarşı oynamış müdafiəçini istəyir

20:40 - 24 Dekabr 2021

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Bazel"in futbolçusu Eray Cömertə "elçi düşüb". "Qara qartallar" İsveçrə təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq mərkəz müdafiəçisini qışda heyətinə qatmaq istəyir. 23 yaşlı oyunçu dünən "Beşiktaş"ın "Göztəpə" ilə oynadığı matçı (2:1) tribunadan izləyib.

 

Qeyd edək ki, Eray Cömert Avropa Konfrans Liqasında "Bazel"in heyətində "Qarabağ"a qarşı oynayıb.

Xəbər xətti