Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Eddi İsrafilovun “Neftçi” ilə bağlayacağı müqavilənin müddəti məlum olub.
Sportal.az xəbər verir ki, o, “ağ-qaralar”la 2+1 illik kontrakta imza atacaq.
Paytaxt təmsilçisi onu Azərbaycana dəvət edib. İspaniyada yaşayan və oynayan futbolçu yanvarın əvvəlində Bakıya gəlməlidir.
Klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun istəyi və israrı ilə hərəkətə keçən paytaxt təmsilçisi yığmanın sabiq üzvünün müqavilə şərtlərində güzəştə getməsinə nail olub.
Necə də olmasa, onun şərtləri o qədər də "yumşaq deyildi". İsrafilov bu formanı geyinmək üçün illlik 220 min avro tələb edirdi.
O, məhz "Neftçi"yə görə "Luqo" ilə 2 aylıq müqavilənin müddətini uzatmayıb. İyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalan, noyabrda "Luqo"ya baxışa gedən və bəyənilən yarımmüdafiəçi öz gələcəyini Sequndanın adıçəkilən təmsilçisində görməyib.
İspaniyanın aşağı liqa komandası da 29 yaşlı orta sahə oyunçusunun bu addımına anlayış göstərib.
2015-ci ildən Azərbaycan yığmasına dəvət alan Eddi son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda bu formanı geyinib.
O, vaxtilə millimizin şərəfini qoruduğundan, yerli oyunçu statusu ilə sifariş olunacaq. Atası toqolu, anası azərbaycanlı olan yarımmüdafiəçi son 2 ildə yığmaya dəvət almamasının 2 səbəbi var.
Eddi öncə Slovakiya səfərindən öncə düşərgədə qalmaqala səbəb olub, Ramil Şeydayev və Qara Qarayevlə mübahisə edib.
Daha sonra hər bir azərbaycanlının qəlbinə toxunan hərəkəti ilə gündəmə gəlib.
Belə ki, futbolçunun anası oğlunun ermənilərin Azərbaycana qarşı insanlığa yaraşmayan təxribatlara yol verməsinə, torpaqlarımıza hücum etməsinə səssiz qalmasına, sosial şəbəkədə bununla bağlı mövqe bildirməməsinə haqq qazandırıb. (Sportinfo.az)
saytlarin hazirlanmasi