"Neftçi"dən 2-ci transfer: milli üzvü ilə razılıq əldə olundu

14:09 - 27 Dekabr 2021

"Neftçi" sol cinah müdafiəçisi problemini həll etmək üzrədi.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Keşlə"nin futbolçusu Azər Salahlı ilə anlaşıb. Azərbaycan millisinin üzvü növbəti ay yeni komandasına qoşulacaq. O, kiçik əməliyyatdan sonra hazırda bərpa dövrünü keçir. Qış toplanışında isə "Neftçi"nin düşərgəsində ola biləcək.

Anton Krivotsyukun gedişindən sonra "Neftçi" müdafiənin sol cinahında ciddi sıxıntı ilə üzləşmişdi. Məcburiyyətdən bu mövqedə vinger Yusuf Laval oynayırdı.

"Neftçi" Salahlıdan öncə Eddi İsrafilovla da razılığa gəlib. (Futbolpress.az)

Xəbər xətti