Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, "Alanyaspor"un baş məşqçisi Bülənt Qorxmaz vəzifəsindən ayrılıb. 53 yaşlı mütəxəssis klub rəhbərliyi ilə qarşılıqlı razılaşaraq istefa verib.
Qeyd edək ki, 28 xal toplayan "Alanyaspor" Super Liqada mövsümün ilk yarısını 8-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi