"Beşiktaş" Qətərə 5 itki ilə gedir

19:20 - 3 Yanvar 2022

Türkiyə Super kuboku uğrunda "Antalyaspor"la qarşılaşacaq "Beşiktaş"ın heyətində ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin 5 futbolçusu xəstəlik səbəbindən komandaya kömək edə bilməyəcək. Qrip olan Salih Uçan, Necip Uysal, Can Bozdoğan, Sərdar Saatçı və Güvən Yalçın qarşılaşmanın heyətindən kənarlaşdırılıb.

 

Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda oyun Qətərin paytaxtı Dohadakı "Əhməd Bin Əli" stadionunda baş tutacaq. Yanvarın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər xətti