Eddi İsrafilov "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəldi

13:05 - 5 Yanvar 2022

Millimizin sabiq üzvü Eddi İsrafilov “Neftçi”yə keçməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi klubla müqavilə bağlamaq üçün artıq Bakıya gəlib. Onun bugünlərdə "Neftçi" ilə sözləşməyə imza atacağı gözlənilir.

 

Qeyd edək ki, yığmamızda 12 oyun keçirən Eddi İsrafilov İspaniyada "Real Mursiya", "Ximnastik", "Qranada", "Eybar", "Kordoba"da çıxıb. Onun son klubu isə “Albasete” olub. Futbolçu ötən ilin yayından klubsuzdur. (Qol.az)

Xəbər xətti