"Qalatasaray" daha iki futbolçusunu itirdi

13:20 - 5 Yanvar 2022

Türkiyənin "Qalatasaray" klubunun daha iki futbolçusu koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fatih Öztürk və mərkəz müdafiəçisi Alpaslan Öztürkün COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə "sarı-qırmızlar"ın mətbuat xidməti məlumat yayıb.
 

Xatırladaq ki, "cim bom"un sol cinah müdafiəçisi Patrik van Aanholt da koronavirusa yoluxub.

 

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Super Liqasının 20-ci turu çərçivəsində yanvarın 8-i "Girəsunspor"u qəbul edəcək.

Xəbər xətti