"Neftçi"nin heyətində koronavirusa yoluxma halları qeydə alınıb.
Sportal.az xəbər verir ki, komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb.
Yarımmüdafiəçi Xorxe Korreanın isə ailə üzvləri koronavirusa yoluxub. Bu səbəbdən, argentinalı futbolçunun özü də vətənində karantinə alınıb.
Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etmirlər.
Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq.
saytlarin hazirlanmasi