“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Eddi İsdrafilovla 2,5 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu komandanın heyətində 14 nömrəli formanı geyinəcək.
İsrafilov İspaniyanın “Real Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadis” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib. 2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.
"Neftçi" bundan əvvəl 27 yaşlı müdafiəçi Azər Salahlı transfer edib.