Super Kubok oyunu öncəsi "Beşiktaş"da koronavirus şoku

16:44 - 5 Yanvar 2022

"Beşiktaş"da koronavirusa yeni yoluxma qeydə alınıb.

Sportal.az xəbər verir ki, klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən ikisinin pozitiv çıxdığı bildirili. Koronavirusa yoluxanlardan birinin texniki heyətdən, digərinin isə futbolçu olduğu qeyd olunub.

"Beşiktaş" bu gün Qətərin paytaxtı Dohada Türkiyə Super Kuboku uğrunda "Antalyaspor"la qarşılaşacaq. İstanbul təmsilçisi yanvarın 1-də daha bir oyunçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.

Xəbər xətti