"Qalatasaray"da 3 yoluxma

18:38 - 6 Yanvar 2022

Türkiyənin "Qalatasaray" klubunda 3 nəfər koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Fatih Terimin köməkçisi Selçuk İnan, matçların təhlili üzrə mütəxəssis Cihan Ünal və futbolçu Taylan Antalyalının test nəticələri müsbət çıxıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Xatırladaq ki, "sarı-qırmızılar"da daha əvvəl Patrik van Aanholt, Fatih Öztürk və Alpaslan Öztürk koronavirusa yoluxub.

 

"Qalatasaray" Türkiyə Super Liqasının 20-ci turu çərçivəsində yanvarın 8-i "Girəsunspor"u qəbul edəcək.

Xəbər xətti