"Neftçi"nin yeni transferi Eddi İsrafilov instaqram səhifəsində paylaşım edib.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"a keçidinə görə xoşbəxt olduğunu bildirib: "Neftçi" kimi böyük kluba, çox gözəl və maraqlı layihəyə qoşulduğum üçün çox xoşbəxtəm".
Qeyd edək ki, "Neftçi" Eddi İsrafilovla 2,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi