Eddi İsrafilov: "Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm"

15:59 - 7 Yanvar 2022

"Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnaistlərin suallarını cavablandırıb.

 

Sportal.az milli komandamızın keçmiş üzvünün fikirlərini diqqətinizə çatdırır:

 

- Qarşımda olan məqsədlərdən biri "Neftçi"də özümü yaxşı tərəfdən göstərib milli komandaya qayıtmaqdır. Son zamanlar millinin oyunlarında, toplanışlarında iştirak etməsəm də, baş məşqçi mənimlə müntəzəm olaraq əlaqə saxlayır. Tezliklə formamı bərpa edib həm "Neftçi"yə, həm Azərbaycan millisinə kömək etmək istəyirəm. 


- Azərbaycandan təklif gələndə ananızın fikri necə oldu? Yaxın gələcəkdə o da bura köçməyi düşünür?

- Əlbəttə ki, buradan təklif alanda anam çox sevindi. Bu barədə çox da danışmaq istəmirəm, şəxsi məsələlərdi. İndiyə kimi heç vaxt danışmamışdım. Bu müsahibəni səbrsizliklə gözləyirdim. Özümü rahat başa salmaqda çətinliyim var idi. Əlimdə sübutlar var, sizə də göstərə bilərəm. Müharibənin ilk günündən son gününədək ölkəmizi dəstəkləmişəm. İstəsəz, bunu sübut da edə bilərəm.

 

- Son aylarda az oynamısan. Fiziki durumun nə yerdədi?

- Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Toplanışdan sonrakı ilk oyuna 100 faiz hazır olacam.


- Rus və Azərbaycan dilini necə bilirsən?

- Azərbaycan dilini demək olar ki, bilmirəm. Burada olduğum müddətdə əsas məqsədlərimdən biri bu dili mükəmməlləşdirməkdir. Rus dilində anam mənə 3-4 yaşımdan müraciət edib. Çox istifadə etmədiyimə görə unutmuşam. 

 

- Müharibə vaxtı ananın açıqlaması var idi ki, biz siyasi məsələlərə qarışa bilmərik, burada erməni qonşularımız var. Bununla bağlı nə deyə bilərsən?

- Mən bu günə kimi sizin heç birinizə müsahibə verməmişəm. Anam haqda çıxan məlumatı haradan götürdüyünüzü bilmirəm. Belə bir şey olmayıb. İstəyərdim ki, həmin məlumatı mənə göstərəsiz. O yazılanlar hamısı yalandır. Öz sosial şəbəkə hesablarımda müharibə zamanı Azərbaycanı dəstəkləmişəm.

Xəbər xətti