Afrika Millətlər Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları davam edir.
Sportal.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kanenin şərəfini qoruduğu Qvineya millisi Malavi ilə qarşılaşıb. Görüş Qvineyanın minimal hesablı qələbəsiylə başa çatıb.
Mamadu Kane də bu oyunun iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qvineya - Malavi 1:0
Qol: İssiaqa Silla, 35
saytlarin hazirlanmasi