Tunis klubu Buqrinin transferini açıqladı

22:14 - 10 Yanvar 2022

"Neftçi"nin yarımmüdafiəçisi Sabiq Buqrin karyerasını Tunisdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Esperans" klubuna transfer olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belçikalı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 111 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Buqrin "Neftçi"yə 2020-ci ilin yayında Lüksemburqun "Düdelanj" klubundan transfer olunub. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 20 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti