"Neftçi" braziliyalı hücumçu ilə anlaşdı

10:24 - 12 Yanvar 2022

“Neftçi” heyətinə yeni hücumçu qatmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi  “İnternasional”ın (Braziliya) futbolçusu Gilyerme Pato ilə razılaşıb. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

 

Bildirilib ki, “İnternasional” 22 yaşlı oyunçunun "Neftçi"yə keçə bilməsi üçün bu ilin sonuna qədər olan müqaviləsinə xitam verilməsinə razılaşıb. 

 

Qeyd edək ki, Gilyerme Pato 2021-ci ili icarə əsasında Braziliyanın digər klubu “Kuyaba”da keçirib.

Xəbər xətti