“Neftçi” mövsümün sonunda baş məşqçi postunda dəyişiklik edə bilər. Avrokuboklar, növbəti mövsümün planlarını indidən hazır etmək istəyən klubda əcnəbi mütəxəssisin namizədliyi müzakirə olunub.
Sportal.az xəbər verir ki, söhbət ukraynalı Yuri Vernidubdan gedir. “Neftçi” Moldova “Şerif”ini çalışdıran və bu klubla ciddi nəticələr əldə edən 55 yaşlı çalışdırıcının Bakıda da uğurlu olacağına inanır. Ancaq onun gətirilməsi ilk növbədə bu mövsümün nəticələrindən asılıdı.
Samir Abasovun azı yaya qədər “Neftçi”də qalacağı dəqiqdi. Nəticələr rəhbərliyi qane etsə, onunla yola davam ediləcək. Əks halda, Abasov əcnəbi ilə əvəz ediləcək. Bu zaman “Neftçi” Vernidubu “Şerif”dn ayrılıb Azərbaycana gəlməyə razı salmağa çalışacaq.
Vernidub "Şerif"dən öncə Belarusda Soliqorsk "Şaxtyor"u və ölkəsində "Zorya"nın baş məşqçisi olub. O, baş məşqçi kimi Belarus və Moldova çempionudu. (Futbolpress)