Keçmiş "Xəzər Lənkəran"lı Super Liqa klubundan qovuldu

19:59 - 13 Yanvar 2022

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Altay" klubu Mustafa Denizli ilə yollarını ayırıb. Bu barədə 72 yaşlı mütəxəssis öz məlumat verib.

 

Qeyd edək ki, Mustafa Denizli 2021-ci ilin aprel ayından "Altay"ı çalışdırırdı. İzmir təmsilçisi onun rəhbərliyi altında Türkiyə Super Liqasına vəsiqə qazanmışdı.

 

Xatırladaq ki, Mustafa Denizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Xəbər xətti