Braziliyanın "İnternasyonal" klubunun futbolçusu Gilyerme Patonun "Neftçi"yə keçidi rəsmiləşmək üzrədi.
Sportal.az xəbər verir ki, "sambaçı" artıq Türkiyənin Antalya bölgəsindədi. Yaxın zamanda keçid açıqlanmalıdı.
"Transfermarkt" 20 yaşlı vingerin transferinin "ağ-qaralar"a neçəyə başa gəldiyini yazıb. Məlumata görə, "Neftçi" Pato üçün qarşı tərəfə 87 min avro (təxminən 170 min manat) ödəyib.
"Neftçi" buna qədər Azər Salahlı və Eddi İsrafilovu heyətinə qatıb.