Türkiyədə iki oyunun vaxtı dəyişdirildi

16:34 - 19 Yanvar 2022

Türkiyə Super Liqasında iki oyunun başlama vaxtı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib. Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlaması planlaşdırılan "Kayserispor" - "Başakşehir" matçı 1 saat sonra start götürəcək.

 

Yanvarın 21-i saat 21:00-a təyin olunan "Yeni Malatyaspor" - "Beşiktaş" görüşü növbəti gün saat 14:30-da başlayacaq. Federasiyanın belə qərar verməsinə səbəb isə ölkədəki soyuq hava şəraitidir. 

 

Ötən gün qar səbəbindən birinci hissədən sonra yarımçıq dayandırılmış "Qaziantep" - "Yeni Malatyaspor" qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb.

Xəbər xətti