Türkiyədə daha bir oyun təxirə salındı - FOTO

18:56 - 19 Yanvar 2022

Türkiyə Super Liqasının daha bir oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, 22-ci tur çərçivəsində baş tutan "Rizəspor" - "Antalyaspor" matçı 23-cü dəqiqədə dayandırılıb. Buna səbəb güclü qarın yağması olub.

 

Görüş sabah saat 17:00-da davam etdiriləcək.

 

Qeyd edək ki, dünən baş tutan "Qaziantep" - "Yeni Malatyaspor" qarşılaşması da ilk hissə bitdikdən sonra eyni səbəbdən təxirə salınmışdı.

 

Resim

Xəbər xətti