"Neftçi"nin sonuncu rəqibi bəlli oldu

13:24 - 21 Yanvar 2022

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin sonuncu sınaq matçındakı rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu, Polşanın “Qurnik Lençna” klubudu. Yanvarın 24-ü “Emirhan Sports Complex Side”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 

Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan flaqman qonşu ölkədə iki yoxlama oyunu keçirib. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb.

Xəbər xətti