"Fənərbaxça"nın müdafiəçisi zədələndi

13:17 - 23 Yanvar 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Filip Novak sıradan çıxıb. Super Liqanın 23-cü turunun "Sivasspor"la səfər oyununda (1:1) zədələnən 31 yaşlı futbolçu meydanı xərəkdə tərk etməli olub.

 

"Sarı-lacivərtlilər"in baş məşqçisi İsmail Kartal çexiyalı sol cinah müdafiəçisinin durumunun ciddi olduğunu bildirib.

 

Qeyd edək ki, Filip Novak cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 23 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti