"Neftçi" "Qurnik"lə qarşılaşır

11:05 - 24 Yanvar 2022

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Qurnik" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 16:00-da başlayacaq.

 

Qeyd edək ki, "ağ-qaralar" Türkiyədəki ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2, Polşanın "Visla" (Plotsk) klubu ilə isə 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti