Namikin komandasının oyunu yenidən təxirə salındı

14:27 - 24 Yanvar 2022

Türkiyə I Liqasının 21-ci turu çərçivəsində baş tutan "Eyüpspor" - "Bursaspor" görüşü yenidən təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, dünən güclü qara görə yarımçıq dayandırılan qarşılaşma bu gün davam etməli idi. Lakin hava əlverişsiz hava şəraiti davam etdiyi üçün oyun bu gün də baş tutmayacaq. Matçın nə vaxt oynanılacağına Türkiyə Futbol Federasiyası qərar verəcək.

 

Qarşılaşma meydan sahibləri 1:0 hesabı ilə öndə olarkən 12-ci dəqiqədə təxirə salınmışdı.

 

Qeyd edək ki, milli komandamızın üzvü Namik Ələsgərov "Bursaspor"da çıxış edir. 26 yaşlı vinger oyuna start heyətdə başlamışdı.

Xəbər xətti