Qomis "Qalatasaray"a qayıda bilər

16:14 - 25 Yanvar 2022

Fransalı hücumçu Bafetimbi Qomis Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə 36 yaşlı forvard instaqram səhifəsindən paylaşdığı açıqlamada məlumat verib. Təcrübəli futbolçu 6 aylıq müqaviləsi qalmasına baxmayaraq, komandanı tərk etmək qərarı verib.

 

Fransa millisinin üzvü "Əl-Hilal"a 2018-ci ilin yayında "Qalatasaray"dan keçmişdi. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 148 oyunda 107 qol və 18 asistlə yadda qalıb.

 

Qomis karyerasını yenidə "Qalatasaray"da davam etdirə bilər. İstanbul klubu keçmiş hücumçusunu geri qaytarmaq üçün danışıqlar aparır.

Xəbər xətti