Türkiyə Super Liqasında baş məşqçi istefası

15:57 - 7 Fevral 2022

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Yeni Malatyaspor" Marius Şumidika ilə yollarını ayırıb. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

"Yeni Malatyaspor" 16 xalla Türkiyə Super Liqasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Marius Şumidika 2021-ci ilin oktyabr ayında komandanın baş məşqçisi təyin olunmuşdu.

Xəbər xətti