"Beşiktaş"da ciddi itkilər

20:04 - 16 Fevral 2022

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itkilər baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Rıdvan Yılmaz və hücumçu Kayl Larin sıradan çıxıb. Super Liqanın 25-ci turunun "Adana Demirspor"la matçında (1:1) zədələnən futbolçuların müalicəsinə başlanılıb. Onlar ölkə çempionatının "Altay"la oyununda komandaya kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Altay" qarşılaşması 19 fevral tarixində baş tutacaq.

Xəbər xətti