"Beşiktaş"da daha bir ciddi itki

16:41 - 17 Fevral 2022

Türkiyənin "Beşiktaş" klubunun heyətində daha bir ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Miralem Pyaniç zədələnib. Super Liqanın 26-cı turunun "Altay"la matçının hazırlıq prosesində əzələsində ağrı hiss edən bosniya və hersoqovinalı futbolçu məşqçi yarımçıq dayandırıb.

 

Müayinədən keçən 31 yaşlı yarımmüdafiəçinin baldır əzələsində gərilmə və qanaxma aşkarlanıb. Pyaniçin müalicəsinə başlanılıb. Təcrübəli futbolçu "Altay"la matçda komandasına kömək edə bilməyəcək.

 

"Beşiktaş"ın müdafiəçisi Rıdvan Yılmaz və hücumçu Kayl Larin də zədə səbəbindən İzmir təmsilçisinə qarşı oynamayacaq.

 

Qeyd edək ki, "Beşiktaş" - "Altay" qarşılaşması 19 fevral tarixində baş tutacaq.

Xəbər xətti