İtaliyalı funksioner "Qalatasaray"ın idman direktoru oldu

18:04 - 17 Fevral 2022

Türkiyənin "Qalatasaray" klubunda yeni təyinat baş tutub.

 

Sportal.az xəbər verir ki, Paskal Sensibil İstanbul təmsilçisinin idman direktoru təyin olunub. Bu barədə "sarı-qırmızılar"ın prezidentinin köməkçisi Özgür Kalelioğlu klubun rəsmi saytına aıqlamasında məlumat verib.

 

Qeyd edək ki, italiyalı funksioner Paskal Sensibil "Yuventus", "Verona", "Palermo", "Roma" kimi klublarda çalışıb.

Xəbər xətti