Hamza Hamzaoğlu istefaya göndərildi

14:56 - 19 Fevral 2022

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Rizəspor" Hamza Hamzaoğlu ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Hamza Hamzaoğlu 2021-ci ilin sentyabr ayında "Rizəspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 20 matçda 6 qələbə qazanıb, 4 heç-heçə edib, 10 dəfə isə məğlub olub.

 

Qeyd edək ki, 26 turdan sonra 23 xal toplayan "Rizəspor" Türkiyə Super Liqasında turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti