"Trabzonspor"da Hamşik şoku

16:25 - 19 Fevral 2022

Türkiyə Super Liqasının lideri olan "Trabzonspor"un heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər"in yarımmüdafiəçisi Marek Hamşik zədələnib. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

25-ci turun "Konyaspor"la oyunundan sonra ayağında ağrılar hiss edən Slovakiya millisinin üzvü müalicə üçün ölkəsinə yollanıb. Təcrübəli futbolçu sabah "Alanyaspor"la matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Marek Hamşik "Trabzonspor"a mövsümün əvvəlində keçib. 35 yaşlı yarımmüdafiəçi Türkiyə klubunun heyətində meydana çıxdığı 24 görüşdə 2 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti