"Bakı"nın sabiq baş məşqçisi Super Liqa klubunda

14:13 - 21 Fevral 2022

Türkiyənin "Rizəspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Bülent Korkmaz çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qara Dəniz təmsilçisi 53 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.

 

Bir vaxtlar "Bakı"nı çalışdıran Bülent Korkmazın son iş yeri "Alanyaspor" olub.

 

Qeyd edək ki, "Rizəspor" Super Liqanın 26-cı turunda "Başakşəhər"ə 0:2 hesablı məğlubiyyətdən sonra Hamza Hamzaoğlunu istefaya göndərmişdi.

Xəbər xətti