"Fənərbaxça" Praqaya ciddi itkilərlə getdi

14:59 - 23 Fevral 2022

"Fənərbaxça" Avropa Konfrans Liqasının 1/16 finalının cavab oyunu çərçivəsində səfərdə "Slaviya" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu matça ciddi itkilərlə çıxacaq. "Sarı-lacivərtlilər"in 6 oyunçusunun adı Çexiya səfəri üçün açıqlanan heyətə daxil edilməyib.

 

Kapitan Mesut Özil, eləcə də Luis Qustava ilə Fikip Novak zədə səbəbindən Praqaya yollanmayacaq. Miha Zayç isə cəzalı durumda olduğundan sabahkı matçı buraxacaq. Migel Krespo və Dieqo Rossinin adı isə Konfrans Liqasının iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "Slavaiya"  - "Fənərbaxça" matçı sabah gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İstanbulda keçirilən ilk görüş Praqa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti