"Qalatasaray"a üç kubok qazandıran məşqçi I Liqa klubunda

15:58 - 23 Fevral 2022

Türkiyənin "Eyüpspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Hamza Hamzaoğlu çalışdıracaq. 52 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

 

Son iş yeri "Rizəspor" olan Hamza Hamzaoğlu 2014-2015-ci illərdə "Qalatasaray"ı çalışdırıb. O, İstanbul təmsilçisinin baş məşqçisi olarkən Türkiyə çempionluğu, Türkiyə Kuboku və Super Kubokunu qazanıb. 

Xəbər xətti