"Fənərbaxça"nın heyətində ciddi itki

20:06 - 26 Fevral 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Fərdi Kadıoğlu zədələnib.

 

Konfrans Liqasının "Slaviya" ilə matçında (2:3) zədələnərək meydanı tərk edən 22 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. Gənc oyunçunun sağ ayaq əzələsində zədə aşkarlanıb. Fərdi Kadıoğlunun ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xəbər xətti